|
Çində ağır yol qəzasında 36 nəfər ölüb

Çində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində 36 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

Sürətli yolda baş verən qəzada avtobusun iştirak etdiyi bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Cia.az