|
Tramp Putinə minnətdarlığını bildirib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarına Vladimir Putinə minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, amerikalı lider Rusiya tərəfindən səfirliyin işçilərinin sayının azaldılmasına görə Putinə minnətdarlığını bildirib.

"Vaşinqton xərcləri azaltmağa çalışır" - deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya tərəfi ABŞ-ın sanksiyalarına cavab olaraq ölkədə çalışan 755 amerikalı diplomatı işdən azad edib.

 Cia.az