Dünyaca məşhur müğənni Uitni Hyustonun yeganə varisi 21 yaşlı qızı Bobbi Kristina Braunun uzun müddətdir ki, xəstəxanada olduğu və süni komaya salındığı ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, gecə saatlarında həkimlər onu həyatda saxlamaq üçün qoşulan aparatın işini dayandırmaq qərarına gəliblər. Onlar Bobbinin sağalması üçün heç bir ümidin qalmadığını deyiblər.
Gənc qızın yaxınları onunla vidalaşmaqdan ötrü xəstəxanaya toplaşıblar. Kristinanın atası Bobbi Braun həkimlərin gələn həftənin bazar ertəsinə kimi gözləmələrini istəyib. O, övladının ayılacağına ümid etdiyini deyib.
Xatırladaq ki, Kristina həyat yoldaşı Nik Qordon tərəfindən evinin vanna otağında huşsuz vəziyyətdə tapılmışdı. Həkimlər qızın beynində şiş aşkarlamış və onu süni komaya salmışdılar.