|
Rusiyada neft quyusunda yanğın oldu - 8 nəfər xəsarət alıb

Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinin Nijnevartovski rayonunda neft quyusunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Yanğının baş vermə səbəbləri məlum deyil. Məlumata görə, yanğın gecə saatlarında iş prosesi vaxtı baş verib.

İnsidentlə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Cia.az