|
Baba və nəvəni maşın vurdu -

Abşeron rayonunda baba və nəvəni maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cia.az