|
Fransada 400 nəfər təxliyə edildi - Yanğına görə

Fransanın cənubunda davam edən yanğınlarla əlaqədar 400 nəfər təxliyə edilib.

Trend-in məlumatına görə, yanğın 500 hektara yaxın ərazini əhatə edir.

Yanğın Monpelye şəhərinin 40 kilometr qərbində başlayıb.

Yanğının qarşısının alınması üçün 300 yanğınsöndürən, eləcə də 6 helikopter və bir neçə təyyarə cəlb edilib.

Cia.az