|
Bakıda temperaturun rekordu təzələnib -

Avqustun 9-na  müşahidə olunan faktiki hava açıqlanıb.

Bu haqda cia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında  40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da  2015-ci il 02 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

 

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək  isti qeydə alınıb.

Cia.az