Xəbər verdiyimiz kimi, bir müddət əvvəl kuşinq sindromundan (hormonal pozğunluq nəticəsində sürətlə kökəlmə) əziyyət çəkən aktrisa Türkan Şorayın beynindən şiş götürülüb.
“Yeşilçam” ulduzu əməliyyatdan sonra ilk dəfə evdə çəkilmiş fotosunu İnstaqram hesabında yerləşdirib və yazıb:
“İstirahət ilə keçən günlər. Həkim Nurperi Gazioğlu tərəfindən müvəffəqiyyətli bir əməliyyat keçirdim. Üç həftəlik istirahətdən sonra özümü yaxşı hiss edirəm”.
