Aktrisa Hande Erçel aktyor Tolqahan Sayışmanla yeni seriala çəkilir.
Sentyabrda tamaşaçılara təqdim olunacaq “Siyah inci” adlı serialın çəkilişləri artıq başlayıb.
Ekran işində ofisiant Hazar rolunu oynayacaq Handenin çəkilişdən ilk fotosu yayılıb. Onun obrazı üçün diyeta saxladığı və arıqladığı deyilsə də, amma aktrisanın köklüyü diqqətdən yayınmayıb.
Qeyd edək ki, Star Tv-də yayımlanacaq ekran işində Sayışman Kənan rolunda çəkiləcək. Rejissoru Erol Özlevi, ssenaristi Yekta Torun olan serialda Hande və Tolqahan iki aşiq rolunu canlandıracaqlar. 


