|
Elə bilirdi ki, qripdir, amma ölüm onu gözləyirmiş

24 yaşlı müəllimə April Heatin başına gələnlər tibb dünyası üçün görünməmiş hadisə olub.

“Daily Mail”in xəbərinə görə, şagirdlərindən qrip virusu keçdiyini düşünən müəllimə həkimə müraciət edəndə ona narahatlıq və qulaq infeksiyası diaqnozu qoyulub. Amma qəbul etdiyi dərmanlara baxmayaraq baş hərlənməsi və yorğunluğu davam edib. Başqa bir həkimə gedən gənc müəlliməyə anemiya xəstəliyinə yoluxduğu, qan miqdarının təhlükəli dərəcəyə qədər az olduğu müəyyənləşib. Daha sonrakı müayinələr nəticəsində müəllimənin qarnında xərçəngli olmayan bir şiş aşkarlanıb, bu şişin partladığı və yavaş-yavaş qanayaraq onu ölümə apardığı üzə çıxıb.

Qan köçürmələri və əməliyyatlardan sonra, hazırda yaxşılaşmaq üzrə olan April Heatin tezliklə sağlamlığına qovuşacağı bildirilir.