|
İsveçdə naməlum şəxslər miqrantlara hücum edib: 3 yaralı

İsveçdə naməlum şəxslər etiraz aksiyası keçirən miqrantlara hücum ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində 3 nəfər müxtəlif dərəcədə xəsarətlər alıb.

Məlumata əsasən, miqrantlar artıq ikinci gündür ki, Əfqanıstana geri göndərilməmələri üçün etraz aksiyası keçirirlər.