|
Çempionlar Liqasının finalı Nyu-Yorkda?

2019/20 mövsümdə Çempionlar Liqasının finalı Avropada keçirilməyə bilər. 

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Nyu-Yorkun Avropanın aparıcı klub turnirinin həlledici qarşılaşmasına ev sahibliyi etmək şansı var. 

UEFA Avropa futbolunu digər qitələrə də daşımağı hədəfləyir.  

Qeyd edək ki, 2018-ci ildə Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək. 2019-cu ildə isə həlledici qarşılaşmaya Bakı, yaxud Madrid ev sahibliyi edəcək

Cia.az