|
Uelsli futbolçu 2020-ci ilə kimi “Lester”də

“Lester” növbəti transferini reallaşdırıb. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Koventri”dən Corc Tomas heyətə cəlb olunub. 

20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, keçidə görə “Lester” uelslinin sabiq klubu “Koventri”yə 500 min funt ödəyəcək.

Cia.az