Avqustun 7 və 8-də Ukraynanın hərbi qüvvələri Donetskdə 18 dəfə atəşə məruz qalıb. Virtualaz.org xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hücum nəticəsində bir döyüşçü həlak olub, iki nəfər isə yaralanıb.
Ukrayna hərbçilərinin məlumatına görə, Donetsk istiqamətində Avdeyevka rayonunda və Butovka şaxtasında döyüşlər bütün gecə boyu davam edib.
Rəqibin 82 mm kalibrli minaatanlardan, qumbara, pulemyot və atıcı silahlardan istifadə etdiyi xəbər verilir.
Cia.az
