Məkkə şəhərində zəvvarların qaldığı otellərin birində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğının qarşısı qısa müddətdə alındığından hadisə nəticəsində zərər çəkən olmayıb.
Yanğın baş verən oteldə Hindistandan gəlmiş 391 zəvvarın qaldığı bildirilib. Təhlükəsizlik məqsədilə onlar təxliyə edilib.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu il Həcc ziyarərti avqustun 30-dan sentyabrın 4-dək davam edəcək.
Cia.az
