|
Vəzifədən çıxdı, biznesə başlayır

“Sony Pictures” şirkəti üzərinə ötən dekabrda baş vermiş haker hücumlarının ardınca şirkətin direktoru Emi Paskal istefa verib.

ANS PRESS-in məlumatına görə, xanım Paskal bildirib kİ, may ayında özünün yeni studiyasını açacaq.

Emi Paskalla “Sony” arasında əldə olunmuş razılaşmaya əsasən “Sony Pictures” qarşıdan gələn 4 ildə onun yeni studiyasını maliyyələşdirəcək.

Bəzi məlumatlara görə, xakerlər tərəfindən açıqlanmış elektron məktublarda Paskal prezident Obamanın bəzi vərdişləri barədə lağlağı şərhlər edib.

O deyib ki, emaillərdəki şəxsi məlumat olsa da, üzr istəməyi özünə borc bilir.