|
"Qarabağ"ın sabiq futbolçusu Portuqaliyaya qayıtdı

"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını yenidən Portuqaliyanın "Unian Madeyra" klubunda davam etdirəcək. 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu 2015-2016 mövsümündə də "Unian Madeyra"da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır. 

Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə oynayıb

Cia.az