|
Papaya hədiyyə

"Barselona"dan Papaya hədiyyə. ANS PRESS-in məlumatına görə, Kataloniya klubunun rəhbərliti katolik kilsəsinin rəhbərini ziyarət edib. 

Klubun prezidnti Xose Mariya Bartomeu Vatikan səfər edib. 

O, burada xeyriyyə təşkilatı olan "Scholas Occurrentes"lə müqavilə imzalayıb. Müqavilə maarifçiliyin inkişafı məqsədilə imzalanıb. 

Bununla da "Barselona" Roma Papası Fransiskin maarif təşkilatı ilə müqavilə imzalayan ilk idman klubu olub. 

İmzalanma mərasimindən sonra Bartomeu Papaya klubun rəsmi formaını təqdim edib.