Müğənni Sinan Akçıl sevgilisi Rumen Otilia ilə dini nikah bağlayıb.
Bu barədə ifaçı verilişlərin birində üstüörtülü şəkildə danışıb:
“Həyatıma 3 qadına evlənməyi təklif etdim. Qəbul etdilər, amma iş rəsmiləşməyə az qalmış ayrıldıq. Bu günə qədər isə 2 dəfə dini nikah bağlamışam. Kim olduqlarını deyə bilmərəm”.
Sinan keçmiş sevgilisi, model Ebru Şallı ilə barışmayacağını bildirib:
“Ebru Şallı ilə bir araya gəlməyimiz artıq mümkün deyil. Otilia ilə çox xoşbəxtəm. Hazırda Quran oxuyur, müsəlman olmağı düşünür. Mən də ona bu işdə kömək edirəm”. 

Cia.az
