|
Bikinili fotosunu paylaşdı:

Amerikalı aktrisa və müğənni Hilari Daff yay tətilini Havay adalarının isti günəşi altında keçirir.
Sentyabrda 30 yaşı olacaq müğənni 4 yaşlı oğlu ilə bikinidə çəkdirdiyi fotonu İnstaqram hesabında yerləşdirib.
Kökələn və sellülitləri olan Hilari onu qınayanlara belə cavab verib:

“Bu şəkli bütün gənc qızların, qadınların və hər yaşda olan analar adına paylaşıram. Vücudum mənə 5 il əvvəl həyatımın ən böyük hədiyyəsini verdi: Oğlum Luca. Sentyabrda 30 yaşım olacaq və sağlamam. Bəli, sellulitlərim var. Amma, xanımlar, gəlin, sahib olduqlarımızla fəxr edək və qiymətli zamanımızı daha fərqli, daha yaxşı keçirməyə xərcləyək”.

Cia.az