|
Azərbaycanda 83 nəfəri gün vurdu

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyindən Cia.az-a məlumat verilib.

Bildirilib ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı Stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. 

Günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.

Cia.az