|
Ankarada ildırım adamları vurdu -

Türkiyənin paytaxtı Ankarada ildırımla müşayiət olunan güclü yağış yağıb. Trend-in məlumatına görə, şəhərin mərkəzi parklarının birində ildırım vurması nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Güclü ildırım park ərazisində bir ağacın qırılmasına da səbəb olub.

Cia.az