"Mançester Siti"nin futbolçusu Keleçi İheanaçonun "Lester"ə keçidi rəsmiləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Lester" 25 milyon funt sterlinq təzminat ödəyib.
Qeyd edək ki, K.İheanaço yeni klubunda 8 nömrəli forma geyinəcək
