|
Azərbaycan neçənci yerdədir ? -

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb.

Yunanıstanda “Panatinaikos”a 1:2 hesabı ilə uduzan “Qəbələ” xal hesabımızı artıra bilməyib. Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.375-də qalıb.

Azərbaycandan 1 pillə irəlidə - 21-ci yerdə olan Kiprin 18.425 xalı var.

Cia.az