|
Dollar bu gün neçəyədir? -

Azərbaycan Mərkəzi Bankı 4 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan musavat.com-a verilən məlumata görə, avqustun 4-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7008 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0206 manat təşkil edir.

1 türk lirəsi 0,4804 manat, 1 rus rublu 0,0282 manat, 1 gürcü larisi isə 0,7082 manatdır.

Cia.az