İki gün əvvəl Türkiyə mətbuatı milyonçu Ali Ağaoğlu ilə sevgilisi Duyğu Su Gülpınarın ayrılması ilə bağlı xəbər yazmışdı.
Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, Duyğu onlar haqda yayılmış xəbərlərə İnstaqramda paylaşdığı fotosu ilə cavab verib.
O, Ağaya məxsus maşına mindiyi yerdə çəkilmiş şəklini sosial mediada yerləşdirərək ayrılıq dedi-qodusuna son qoyub. 
