|
Qubada ağır yol qəzası - 1 nəfər ölüb

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 3-də saat 1.00 radələrində Quba şəhəri ərazisində şəhər sakini Əvəz Məmmədov idarə etdiyi “Lada-Kalina” markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Quba RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Cia.az