|
Azərbaycanda 61 nəfər günvurmaya məruz qalıb

İyun ayının 1-dən avqust ayının 1-nə qədər 61 nəfər günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bu barədə cia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib: 

“Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

L.Bayramova günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.

Cia.az