Cansu Dere ilə baş rolları canlandırdığı "Sıla" serialıyla (2006-2008) məşhurlaşan Mehmet Akif Alakurtun yeni fotosu yayılıb.
Səkli görənlər Mehmeti tanımaqda çətinlik çəkiblər.
Belə ki, kökəlmiş, saçları seyrəlmiş, üzü tüklü 38 yaşlı aktyorun əvvəlki görkəmindən əsər-əlamət belə qalmayıb.
Qeyd edək ki, ötən il aktyor Kuzey Vargının qızı Tuğçe Vargın ilə münasibətini gözlənilməz bir qərarla bitirən M.A.Alakurt son olaraq "Fatih" serialıyla tamaşaçı qarşısına çıxıb. O, bundan sonra bir də ekranlarda görünməyəcəyini açıqlayaraq aktyorluqdan uzaqlaşdığını bildirib. Akif Braziliyada bir ferma alaraq orada yaşamağa başlayıb. 


cİA.AZ
