|
"Əsl ailə adamıyam" -

Futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqez müsahibə verib. 
23 yaşlı ispan gözəli hamilə olsa da, formasını qorumağa çalışdığını deyib:
“İdmanla məşğul olur, qidalanarkən balansı gözləməyə çalışıram. Təbi məhsullarla qidalanmağa çalışıram və əsasən Aralıq dənizi pəhrizinə üstünlük verirəm. Çox da güclü pəhriz saxlamıram. Çünki bəzi həzlərdən özümü məhrum etməyi sevmirəm”.


 
5 aylıq hamilə olduğu və oktyabrda qızının dünyaya gələcəyi deyilən Corcina ailəcanlı olduğunu bildirib: 

“Mən əsl ailə adamıyam. Uşaqları, təbiəti və heyvanları çox sevirəm. 13 ildir ki, pişiyim yanımdadır və mənim ən yaxın ortağımdır”. 



Rodriqez ona müsbət enerji bağışlayan insanların əhatəsində olmağı sevdiyini deyib: 

“Sağlam bədəndə sağlam ruh olar” şüarını sevirəm. Hər gün məni daha yaxşı hiss etdirəcək insanların əhatəsində olmağa çalışıram.Onlardan müsbət enerji alıram”. 

Qeyd edək ki, Ronaldonun 6 yaşlı oğlu və surroqat ana vasitəsilə dünyaya gəlmiş 2 aylıq əkizləri var.

Cia.az