|
Putin bu bölgədə balıq ovlamaq üçün qərar verdi

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq Federal Regionuna səfəri ərəfəsində Sibirin cənubunda balıq ovlamaq üçün qısa bir vaxt ayırmaq barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov qeyd edib ki, Putin bütün günü keçirdiyi səfərdən sonra Amur bölgəsində bir sıra tədbirə qatılmağı planlaşdırır. Prezident daha sonra Buryatyaya gedəcək.