|
Ermənistan sərhədində PKK-ya aid raket tapıldı

Türkiyənin Ağrı vilayətində PKK-ya aid tank əleyhinə raket ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.

Cebekümbet səmtində aparılan axtarışlar nəticəsində tapılan tank əleyhinə olan raketin AT-4 Spigot olduğu müəyyən edilib.

Spigot mütəxəssislərin müşayiəti ilə zərərsizləşdirilib.