|
“Qarabağ” Azərbaycanın reytinqini artırdı

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın “Şerif” üzərində səfər qələbəsi (2:1) Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki göstəricisini yaxşılaşdırıb.

Cia.az-ın məlumatına görə, bu qələbə sayəsində ölkəmizin reytinqinə daha 0,250 xal əlavə olunub.

Beləliklə də, hazırda Azərbaycanın hesabında 2,625 xal var. 5 mövsümün göstəricisi isə 17,375 xal təşkil edir. Bu da Azərbaycana 22-ci pillədə qərarlaşmağa imkan verir

Cia.az