Əməkdar artist Yusif Eyvazov və həyat yoldaşı, rusiyalı opera ifaçısı Anna Netrebko müsahibə verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Anna əri ilə bağlı maraqlı etiraflar edib. O bildirib ki, Yusiflə öpüşəndə xüsusi aldığı dodaq boyasından çəkir:
“Bir dəfə səhnədə Yusif məni öpmək istədi. İmkan vermədim ki, dodağımdakı boya gedəcək. Həmin vaxt çox əsəbiləşdi. İndi onunla rahat öpüşmək üçün xüsusi dodaq boyası almışam”.
Anna autizm xəstəsi olan oğlu Tyaqodan danışıb:
“Əvvəl bizim üçün çox çətin idi, diqqət tələb edirdi. Yanımızda bizə kömək edən insanlar var. İşlə birlikdə ona diqqət ayırmağı bacarmazdıq. İndi bir az yaxşıdır. Tyaqo üç il Nyu-Yorkda xüsusi məktəbdə təhsil aldı. İndi isə onu Vyanadakı ingilis dilli məktəbə verəcəyik".
Y.Eyvazov “Annayla oxumaq mənə çətindir. O, möhtəşəm ifaçıdır. Birlikdə oxuyanda insanlar başlayır müqayisə etməyə” deyib.
Cütlük daha sonra gələcək planlarından söz açıb. Anna deyib ki, bir müddət sonra opera sənətindən uzaqlaşıb, evdaq qadın olacaq:
“Amma çox fəal olacam. Fərqli tədbirlər təşkil edəcəm, həyatımı daha maraqlı etməyə çalışacam. Ya da Yusiflə sonsuz səyahətə çıxacağıq"
Cia.az
