Yalnız iyul ayında Türkiyənin Antalya vilayətindəki kurortlara 700 min nəfər rusiyalı turist gəlib.
Virtualaz.org Rusiya Turizm Operatorları Assosiasiyasının məlumatına istinadən xəbər verir ki, bu il Antalyaya ötənilkinə nisbətən 62% çox rusiyalı gəlib.
Antalya qubernatoru Münir Karaloğlunun sözlərinə görə, 2017-ci il ərzində vilayət müxtəlif ölkələrdən 10 milyon nəfər turistin gələcəyini planlaşdırır.
Cia.az
