Prezident İlham Əliyev Vüqar Rafik oğlu Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Cia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.
Bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov vəzifədən azad olunub.
A.Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru postunu tuturdu.
Cia.az
