|
“VAZ-21099” “Mercedes”lə toqquşdu -

İyulun 31-də saat 19 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini Zamiq İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı və Kijəbə qəsəbə sakini Yaşar Xanmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən cia.az-a verilən məlumata görə, hadisə nəticəsində Z.İsmayılovun 3 sərnişini, Y.Xanmədovun isə 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. 
Astara RPŞ tərəfindən araşdırma aparılır.

Cia.az