|
Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Toyota-Prado” markalı avtomaşınla “Zil” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Cia.az