|
"Fənərbaxça"nın futbolçusu "Sevilya"ya keçir

"Fənərbaxça"nın futbolçusu Simon Kyer "Sevilya"ya transfer olunmaq üzrədir.

Cia.az-ın İstanbul təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub.

28 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün İspaniyaya gedəcək.

Qeyd edək ki, S.Kyer 2015-ci ildən "Fənərbaxça"da oynayır

Cia.az