"Çocuklar Duymasın" serialının yeni seriyasındakı səhnələrdən biri qalmaqala səbəb olub.
Br səhnədə ekranda terror qruplaşması olduğu iddia edilən FETÖ-ya aid kitab görünüb.
Sosial media istifadəçiləri bunu diqqətdən qaçırmayaraq tənqidə başlayıblar. Serialın ssenari müəllifi və prodüseri Birol Güven bununla bağlı açıqlama yayıb:
"...Həmin kitabla bağlı olaraq dekorasiya və aksesuarlardan məsuliyyətli olan sənət rejissorumuzun ifadəsi alınıb. O, "kitabı oxumadığını, içərisindən xəbəri olmadığını, tamamilə aksesuar məqsədlə istifadə etdiyini, xəbərlər yayıldıqdan sonra bu barədə məlumat aldığını və çox kədərləndiyini bildirib.
Eyni kədəri prodüser olaraq mən və bütün "Çocuklar duymasın" heyətinin yaşadığını xüsusilə bildirmək istəyirik və hamımızn diqqətindən qaçan bu xoşagəlməz hadisəyə görə bütün heyıtimiz adına başda şəhid ailələri olmaq üzərə hər kəsən üzr istəyirik".
Cia.az
