|
Əri ilə öpüşdüyü fotosu bəyənildi

“Öyle bir geçer zaman ki” serialında "Karolin" obrazı ilə tanınan almaniyalı aktrisa Vilma əri Kərəm Göğüşə çəkdirdiyi fotosunu sosial media hesabında yerləşdirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əri ilə öpüşən yerdə çəkilmiş şəkli aktrisa "Dəniz sevgisi" qeydi ilə paylaşıb.

Vilmanın bu fotosuna bir neçə dəqiqədə minlərlə bəyənmə gəlib.

Qeyd edək ki, cütlük 2014-cü ildə evlənən cütlüyün əkiz uşaqları var.