|
Kluni əkizlərinin fotosunu yayanı hədələdi - foto

Hollivud ulduzu Corc Kluninin yenicə doğulan əkiz övladları Elle və Aleksandrın fotoları mediada yayılıb. 
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor şəkli çəkəni məhkəməyə verməklə hədələyib. 
Corc və həyat yoldaşı Amal əkizlərini mətbuatdan gizli tutmağa çalışır. Foto onların evinin həyətində çəkilib. Fotoqraflar Kluninin evinin hasarını aşaraq şəkilləri çəkə biliblər.