Aktyor Corc Kluni paparatsilərdən şikayətçidir.
Amal Kluni ilə evli olan və ötən ay əkiz övladı dünyaya gələn aktyorun ailəsi fotoqraflar tərəfindən mütəmadi olaraq izlənilir.
Belə ki, C. Kluni əkizlərin təhlükəsizliyi üçün onların fotosunu paylaşmayıb. Buna baxmayaraq, “Voici” jurnalının əməkdaşları evin hasarına dırmaşaraq körpələrin fotosunu çəkməyə müvəffəq olublar. Corc Kluni həm fotoqrafları, həm də adıçəkilən jurnalı məhkəməyə verəcəyini bildirib
Cia.az
