|
“RnB” kraliçası Bakıya gəlir

Rus xalq “RnB” kraliçası Byanka fevralın 21-də Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, “Venezia Lounge & Dining”-da baş tutacaq gecədə müğənni klub şousu nümayiş etdirəcək. Ulduz qonaq konsertdə hit olan və yeni mahnılarını səsləndirəcək.

Biletlərin qiyməti 40-100 manat arasıdır.

Qeyd edək ki, bu Byankanın şəhərimizə ilk səfəri deyil. O, bundan əvvəl də bir neçə dəfə Bakının qonağı olub, konsertlər verib.