|
Bakıda yük maşını 8 minik avtomobilinə çırpıldı:

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib

Ziya Bünyadov prospektində yerləşən tuneldə "Shaqman" markalı "99-EJ-717" dövlət qeydiyyat nişanlı yük maşını 8 minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hundai" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir.
Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.

 Cia.az