|
Mexikoda metroda tüstülənmə:

Mexikoda metroda baş verən tüstülənmədə 35 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, "Xuanakatlan" və "Capultepe" stansiyaları arasında qısa qapanmadan sonra tüstülənmə meydana gəlib.

Metro rəhbərliyi bildirib ki, 5 nəfər xəstəxanaya çatdırılıb.

Cia.az