|
Bakıda bərbər müştərisi tərəfindən döyüldü

Bakıda bərbər müştərisi tərəfindən döyülüb.

Musavat.com-un Report.az-a istinadən verdiyi xəbərə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Cia.az