3 uşaq atası olan 32 yaşlı futbolçu kriştiano Ronaldo 4-cü dəfə ata olmağa hazırlaşır.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, idmançının sevgilisi Corcina Rodriqez hamilədir. Lakin Ronaldo 4 uşaqla kifayətlənmək fikridnə deyil. O, televiziyalardan birinə müsahibəsində 7 uşağının olmasını arzuladığını deyib:
“Oğlum Ronaldo(balaca) daha 3 bacı-qardaş istəyir. O, möcüzəvi 7 rəqəmini xoşlayır və 7 uşaq olmaq istəyir. Düşünürəm ki, bu fikir əladır”.
Qeyd edək ki, Ronaldonun 7 yaşlı oğlu, Yeva və Mateo adlı yenicə doğulmuş əkizləri var. 

Cia.az
