|
Çində zavodda qaz sızması baş verib, ölən və xəsarət alanlar var

Çinin Sinçzyan-Uyqursk rayonunda zavodda qaz sızması baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanların vəziyyəti ağır dəyərləndirilir.