|
"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

Ötən mövsümün sonunda “Zirə”dən ayrılan  Akim Latifunun yeni klubu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, nigeriyalı futbolçu karyerasını Macarıstanda davam etdirəcək. 

O, “Honved” klubu ilə anlaşıb. Budapeşt klubu 29 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə imzalandığını açıqlayıb.
 
Qeyd edək ki, Latifu “Zirə”yə Türkiyənin “Alanyaspor” klubundan transfer edilmişdi. O, paytaxt klubunda 11 oyuna çıxmışdı